Şəmkirdə iki avtomobil toqquşub: Xəsarət alanlar var

17 Dekabr 2022 21:11

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir şəhərinin Morul yaşayış massivində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az