Xalq artistinin qızı Mayamidə - FOTO

17 Dekabr 2022 14:27

Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin mükafatlandırılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi instaqramda məlumat yayıb. O bildirib ki, rəssam qızı Mayamidə keçirilən sərgidə iştirak edib:

"Qızım Nəzrin Mayamidə keçirilən azərbaycanlı gənc rəssamların rəsm sərgisində 4 əl işi ilə iştirak edib və sertifikatla təltif olunub. Uğurların daim bol olsun. Səsin uca zirvələrdən gəlsin".

Milli.Az