Hadisə bunun üçün 3 milyon xərclədi

17 Dekabr 2022 18:12

Ötən ay 40 milyon lirəyə malikanə alan türkiyəli müğənni Hadisə evinin dekorasiyasını yeniləmək qərarına gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Yeniköy səmtində yerləşən villasının təmirinə 3 milyon lirə (təminən 273 min 600 manat) vəsait xərcləyib.

Qeyd edək ki, Hadisə təmir işləri sona çatana kimi aktyor İbrahim Çelikkolun evində kirayədə yaşayır.

Milli.Az