Türkiyədə “həyatın səhvi”: 100 min avrodan artıq vəsait yola səpələndi - VİDEO

17 Dekabr 2022 16:58

İstanbulun Beylikdüzü rayonunda valyutadəyişmə məntəqəsinin kuryeri hərəkətdə olarkən paltosunda saxladığı 150 min avronu (təxminən 272 min manatı) yerə salıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə ətrafdakı insanlar havada uçan pulları yığaraq gözdən itiblər.

Kuryer yalnız 65 min avro pul toplaya bilib.

Milli.Az