Bakıda 38 yaşlı kişini avtomobil vurub

17 Dekabr 2022 08:44

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, avtomobil yolu keçən 1984-cü il təvəllüdlü Heydərov Ceyhun Mirabbas oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az