Bakıda 24 yaşlı oğlan bıçaqlandı

17 Dekabr 2022 08:20

Bakının Xəzər rayonununda 24 yaşlı oğlan mübahisə zəminində bıçaqlanıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, rayonun Şüvəlan qəsəbəsində 1998-ci il təvəllüdlü Ağayev Nicat Fəxrəddin oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarın boşluğunun bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az