“O, 40 ildən çoxdur ki, insan haqlarına qarşı çıxır” - Xameneinin bacısı oğlu

17 Dekabr 2022 08:10

"Əli Xameneinin başçılıq etdiyi rejim 40 ildən çoxdur ki, demokratiya, insan haqları və qadın hüquqlarına qarşı çıxır".

Bu fikirləri İranın ali dini rəhbəri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani deyib.

O bildirib ki, İran rəhbərinin ölümü ilə hakim sistem dağılacaq:

"Hakimiyyət daxilində də Xameneinin siyasəti ilə razılaşmayan şəxslər var, ancaq onların fikirlərini ifadə etmək imkanları yoxdur".

Qeyd edək ki, M.Muradxani 2009-cu ildən Fransada yaşayır.

Milli.Az