Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "APA"ya istinadən xəbər verir ki, hadisə "Xalqlar dostluğu" metrostansiyası yaxınlığında olub.
"KIA" və "Toyota Prius" markalı minik avtomobilləri toqquşub.
Əraziyə polis əməkdaşları cəlb edilib. "Toyota Prius" markalı avtomobil cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az