Avstriya Ukraynaya 5 milyon avro yardım göndərəcək

17 Dekabr 2022 09:00

Avstriya Ukraynaya enerji infrastrukturunu bərpa etmək üçün 5 milyon avro ayıracaq.

Bu haqda "Kronen Zeitung" qəzeti Avstriyanın Ekologiya, Energetika, Nəqliyyat, İnnovasiya və Texnologiyalar Nazirliyinə istinadən yazır.

Nəşrin yazdığına görə, nazirliyin rəhbəri Leonore Qevessler maliyyə yardımını "həmrəylik aktı və Ukraynada zədələnmiş infrastrukturun belə mühüm bərpasına töhfə" kimi qiymətləndirib.

Milli.Az