Modriçin Avro-2024-də oynayacağına inanır

17 Dekabr 2022 08:23

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç yığmanın kapitanı Luka Modriç haqqında danışıb.

O, 37 yaşlı yarımmüdafiəçinin Avro-2024-də də meydana çıxacağına ümid edir:  

"Ümid edirəm ki, Modriç Avro-2024-də meydana çıxacaq. İnanıram ki, o bizimlə qalacaq. Modriç komandamızın vacib üzvüdür., Amma əlbəttə ki, qərar onun ixtiyarındadır".

Qeyd edək ki, Modriç 2006-cı ildən Xorvatiya millisində oynayır.

Əlavə edək ki, Xorvatiya millisi bu gün DÇ-2022-də 3-cü yer uğrunda görüşdə Mərakeşlə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Milli.Az