Ancelina Coli vəzifəsini tərk edir

16 Dekabr 2022 22:19

ABŞ-li aktrisa Ancelina Coli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) xüsusi nümayəndəsi vəzifəsini tərk edəcək.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi elan edib.

Bildirilib ki, aktrisa bundan sonra fərdi olaraq fəaliyyətini davam etdirəcək.

O, 2001-ci ildən BMT QAK-da işləyir və 2012-ci ildə təşkilatın xüsusi nümayəndəsi təyin edilib.

Milli.Az