Sinişa Mixayloviç vəfat etdi

16 Dekabr 2022 18:30

Keçmiş futbolçu Sinişa Mixayloviç vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Serbiya yığmasının keçmiş üzvü 54 yaşında dünyasını dəyişib.

O, uzun müddətdir, xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

S. Mixayloviç futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərirdi.

Milli.Az