Ermənilərin daha bir yalanı ifşa olundu: Çadırlar əslində niyə aparılır? - FOTO

16 Dekabr 2022 18:00

Erməni mediası azərbaycanlıların Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında artıq beşinci gündür ki, davam edən dinc aksiyası ilə bağlı saxta xəbərlər yaymaqdan əl çəkmir. Belə ki, Ermənistan teleqram kanallarında və bəzi KİV-də guya etirazçıların çadırları daşıyaraq aksiyanı dayandırmaları barədə xəbərlər yayılıb. Bəli, çadırlar, əslində, aparılır. Amma nə məqsədlə?

Milli.Az Trend-ə istinadən xəbər verir ki, etirazçılar çadırları aparıb yeni, daha rahat çadırlar gətirirlər.

Hadisə yerindən ermənilərin növbəti yalanını ifşa edən kadrları təqdim edirik:

Milli.Az