19 yaş böyük sevgilisindən ayrıldığını etiraf etdi - VİDEO

16 Dekabr 2022 20:52

Hazar Ergüçlü özündən 19 yaş böyük sevgilisi, rejissor Onur Ünlüdən ayrıldığını etiraf edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, aktrisa bu barədə türk mediasına müsahibəsində danışıb:

"Bəli, Onurla ayrılmışıq. Xüsusi bir səbəbi yoxdur, amma 5 illik tükənmə yaşandı. Ancaq Onur hələ də mənim dostumdur, hər şeyimdir, ailəmdən biri kimidir".

Qeyd edək ki, cütlük sosial mediada təzyiqlərə rəğmən heç bir reaksiya vermir, münasibətlərinə davam edirdilər.

Milli.Az