“Hesabımda nə qədər pul var bilmirəm”

16 Dekabr 2022 17:16

Türk rokçu Teoman jurnalistlərə çox pulunun olmasını istədiyini deyib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi "Gələcəyiniz üçün pul yığmısınız" sualına belə cavab verib:

"Çox pulum yoxdur, ancaq olmasını istəyərdim. Bəlli bir yaşdan sonra səhnədən getməyi düşünürəm. Hesabımda nə qədər pul var bilmirəm, amma cibimdəki pulun miqdarından xəbərdaram".

Milli.Az