D vitamini çatışmazlığı xərçəng və infarkta səbəb ola bilər

18 Dekabr 2022 23:25

Britaniyalı həkimlər insanda D vitamini çatışmazlığının 2 əsas əlamətini də açıqlayıb.

Medicina.az xəbər verir ki, bədəndə ümumi zəiflik və sümük, oynaqlarda ağrı bu vitaminin əskikliyindən xəbər verə bilər.

Eləcə də D vitamini defisiti ürək tutmalarından ölüm və onkoloji xəstəliklər riskini artırır.
Vitamin D bir çox dərmanlarla uzlaşmır. Defisiti aradan qaldırmaq üçün dozanı dəqiq bilmək lazımdır.

Təbii vitamin D günəş işığının dəriyə təmasından sintez olunur.

Milli.Az