Bank əməkdaşı futbol oynayarkən vəfat etdi

16 Dekabr 2022 13:19

Gəncə şəhərində bank əməkdaşı futbol oynayan zaman vəfat edib.

Milli.Az "Report"a istinadən bildirir ki, şəhər sakini, 1983-cü il təvəllüdlü Elçin Əhmədov meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib.

Daha sonra ona ilkin tibbi yardım göstərilib. Lakin buna baxmayaraq, E.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, E.Əhmədov "Access Bank" ASC-nin Gəncə filialının əməkdaşı olub.

Milli.Az