Baxmut döyüşləri: Ruslar dayanmadan hücum edir...

16 Dekabr 2022 13:37

Baxmut istiqamətindəki vəziyyəti yaxşılaşdırmaq üçün Ukrayna hərbçilərinə əlavə silah və şəxsi heyətin artırılması lazımdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının tabor komandiri Yevgeni Oropay deyib.

Onun sözlərinə görə, rus ordusu dayanmadan Baxmutdakı Ukrayna mövqelərinə hücumlar edir:

"Əgər bizə tanklar verilsə, minaatanlar, artilleriyalar, aviasiya daha çox işləsə, Baxmutdakı vəziyyət yaxşılaşa bilər. Bu istiqamətdə canlı qüvvə yetərincədir, amma rotasiya üçün kifayət etmir. Hərbçilər bəzən 2-3 sutka soyuq səngərlərdə qalır, kifayət qədər qidalanmır, qızınmır və xəstələnirlər. Rus ordusunun daim mövqelərimizə hücumu vəziyyəti çətinləşdirir. Artilleriya, tank dayanmadan işləyir, piyadalar səngərlərimizə qumbaralar atır".

Milli.Az