İranlı futbolçu Əmir Nəsr-Azadani azadlıq etirazlarında fəal iştirak etdiyi üçün edam ediləcək.
Milli.Az xəbər verir ki, İran məhkəməsi 26 yaşlı futbolçu barədə edam qərarı çıxarıb. O, "Allaha qarşı müharibə aparmaq"da ittiham olunub.
Qeyd edək ki, Əmir Nəsr-Azadani 2016-2018-ci illərdə "Traktor" futbol komandasının formasını geyinib.
Milli.Az