İran Ermənistanda film çəkir.
Son bir neçə ayda İranın Şahrud şəhərində çəkilişlər aparan iranlı rejissor Davud Mirbaqeri və İran teleradio qrupunun rəhbəri Peyman Cəbəlinin rejissorluğu ilə "Salman Farsi" serialı hazırda Ermənistanda çəkilir.
Milli.Az bildirir ki, ssenari müəllifi və rejissoru Davud Mirbaqeri, prodüseri Hüseyn Taheri olan "Salman Farsi" serialının Bizans dövrünü əhatə edən son hissələri hazırda Ermənistanda çəkilir.
İki ay əvvəl başlayan və yaxın günlərdə də davam edəcək çəkilişlərin bu hissəsinin bitməsi ilə İranda serialın davamının çəkilişləri davam edəcək.
Tarixi dram janrında olan "Salman Farsi" serialının 2019-cu il yanvarın 11-dən çəkilişlərinə başlanılıb və 60 seriyadan ibarət olacaq. Bu serial İslam Peyğəmbərinin iranlı səhabəsi Salman Farsinin həyatını təsvir edir.
Milli.Az