Zelenski yalvarır, Qərb cavabsız qoyacaq

16 Dekabr 2022 10:30

Ukrayna ən kritik anda NATO yardımından məhrum olacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Nyusvik"də yayımlanan məqalədə deyilir.

Bildirilib ki, Ukrayna lideri Vladimir Zelenskinin Qərbə silah tədarükünün artırılması ilə bağlı çağırışları cavabsız qala bilər:

"Ukrayna müharibədə həlledici saydığı sonrakı mərhələdə ehtiyac duyduğu silah yardımı üçün Qərbə yalvarır, lakin bu çağırış NATO-nun öz ehtiyatlarını tamamlamaqda çətinlik çəkdiyi zamana təsadüf edir. Kiyevə edilən yardımlar NATO üzvü olan ölkələrin ehtiyatını ciddi şəkildə azaldıb. Bu səbəbdən narahatlıqlar artmaqdadır".

Milli.Az