Vəfat edən bəstəkarın ailəsi karantinə alındı

16 Dekabr 2022 09:55

Xəbər verdiyimiz kimi, bəstəkar Oqtay Rəcəbovun ölümünə səbəb koronavirus olub.

Milli.Az xəbər verir ki, bəstəkarın gəlini Aysel axşam.az-a açıqlama verərək onunla birlikdə ailə üzvlərinin də virusa yoluxduğunu deyib.

O bildirib ki, bəstəkarın xanımı və 3 qızı da hazırda evdə karantindədir.

Milli.Az