Messi bu səbəbdən millinin son məşqini buraxdı

15 Dekabr 2022 23:37

Futbol üzrə Argentina milli komandasının kapitanı Lionel Messi dekabrın 15-də Qətərdə fransalılarla dünya çempionatının final oyununa hazırlıq məqsədilə keçirilən millinin məşqini buraxıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, xorvatlarla yarımfinal oyununda hücumçunun sol bud nahiyəsində problem yaranıb. Bu zədənin futbolçunun məşqə çıxmamasına səbəb olub-olmadığı hələlik məlum deyil, amma nəşrin məlumatına görə, Messi finalda iştirak edə biləcək.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının Argentina- Fransa final oyunu dekabrın 18-də keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Milli.Az