“Pivə içən kişilər süd verə bilərlər” - Aparıcı Tural

15 Dekabr 2022 23:27

Aparıcı Tural Yusifov "Söhbətgah" podkast layihəsində pivə içən kişilər barədə fikirləri ilə diqqət çəkib.

O, Əli Xəyyamla apardığı söhbətdə bunları söyləyib:

"Pivə estrogendir, kişinin qarnı hamilə qarnına oxşayır, məmələri sallanır. Bu gün-sabah süd verə bilərlər, çünki pivə içirlər. Estrogen qadın hormonudur. Pivə içənlər getsinlər testesteron hormonunu versinlər, görəcəklər ki sayı azdır".

Qeyd edək ki, estrogenlər - steroid tipli qadın cinsi hormonları olub, əsasən yumurtalıqlarda sintez olunur. Onlar mayalanma və hamiləliyin sona qədər çatdırılması, ikincili cinsi əlamətlərin formalaşması, menstrual tsiklin müntəzəm olmasına cavabdehdir.

Milli.Az