Rusiyada dollar bahalaşmaqda davam edir

15 Dekabr 2022 21:33

Rusiya rublu ucuzlaşmağa davam edir.

Bu barədə Moskva birjası məlumat yayıb.

Bugünə olan məlumata görə, dolların məzənnəsi 69 qəpik artaraq 64,69 rubl təşkil edib. Bu, iyulun 6-dan bəri ən yüksək göstəricidir.

Avro isə mayın 30-dan bəri ilk dəfə olaraq 69,1 rubl olub.

Milli.Az