250 ayaqqabı oğurlayan tülkü

13 May 2010 15:50
Yerli mətbuatın yazdığına görə, heyvan sakinlərin qapının ağzında çıxartdıqları ayaqqabıları oğurlayaraq meşəyə daşıyır. Onun oğurladığı 250 ayaqqabı arasında qiyməti 120 avroya çatan bahalı çəkmələr də var. Türkü bu "əməliyyat"a hələ ötən il başlayıbmış. Bir ara oğurluq səngisə də, indi heyvan yenidən "cuşa gəlib". Hətta tülkü sakinlərdən birinin ötən il oğurladığı, lakin sonradan meşədən tapılaraq geri gətirən ayaqqabılarını növbəti dəfə "çırpışdırıb".

Şəhər rəhbərliyi isə sakinlərə yalnız ayaqqabılarını çöldə qoymamağı tövsiyə etməklə kifayətlənir.

Milli.Az