Şirniyyat pəhriz saxlamağınıza maneə olur?

18 Dekabr 2022 13:20

Pəhriz saxlayarkən ən böyük problemlərdən biri də şirniyyata olan istəklə mübarizə aparmaqdır. Pəhriz zamanı orqanizm daha az qida qəbul etməniz səbəbindən tərkibində şəkər olan qidalara daha çox ehtiyac duyur. 

Milli.Az Axşam.az-a istinadən şirniyyata qarşı yaranan istəyi azaltmağa imkan verən resepti təqdim edir.

Tərkibi:

1 xörək qaşığı yaşıl çay və ya 1 paket yaşıl çay
1 alma
2 çubuq darçın
1 dilim zəncəfil

Hazırlanması:

Yarım litr qaynadılmış suya yaşıl çay atıb dəmləyin. Daha sonra 1 ədəd almanı qabığı ilə birlikdə xırda doğrayaraq çaya əlavə edin. Darçın çubuqlarını və sürtgəcdən keçirilmiş zəncəfili çaya qatdıqdan sonra qarışım hazırdır.

Bu içkini axşam yeməyindən bir neçə saat sonra tox qarınla ​​istehlak edin.

Milli.Az