Sızanaqlara qarşı bu maskanı yoxlayın

18 Dekabr 2022 12:20

İstehlak olunan qidalar, gərgin keçən iş günü, xarici amillər dərinin yağlanmasına, sızanaqların yaranmasına səbəb olur. Düzgün edilməyən müdaxilə və ya müalicə üsulu isə üzdə qalıcı izlərə səbəb olur.

Milli.Az Axşam.az-a istinadən evdə sızanaqları sağaltmağa imkan verən maskanı təqdim edir.

Tərkibi:

aspirin
su
limon
bal

3 aspirini bir çay qaşığı suda həll edin. Sonra yarım çay qaşığı bal əlavə edin. Bir neçə damcı limon suyu ilə qarışdırın. Qarışımı dərinizə çəkin. Sonda su ilə yuyun. Bu maskadan həftədə bir dəfə istifadə etmək kifayətdir.

Milli.Az