Azərbaycanda külli miqdarda saxta diplom verilib - Emin Əmrullayev

15 Dekabr 2022 14:03

Azərbaycanda külli miqdarda saxta diplom verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsində "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması" mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev suallara cavab verərkən deyib.

Nazir bildirib ki, bu gün o diplomların hansı yolla verildiyini müəyyən etmək üçün məlumat bazası yoxdur.

"Biz diplomu sübut edə bilmədiyimiz üçün deyirik ki, gəl sertifikasiyadan keç, onda işləyə bilərsən. Bizim məqsədimiz ali məktəbləri yoxlamaq deyil", - deyə o qeyd edib.

Milli.Az