Türkiyəli məşhur müğənni Mustafa Sandalın keçmiş həyat yoldaşı Emina Yahoviç Ümrə ziyarətinə gedib.
Milli.Az xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.
Yahoviçin paylaşımları arasında çadralı pozları da yer alıb.
Qeyd edək ki, Eminanın Mustafa Sandalla evliliyindən Yaman və Yavuz adlı iki oğlu var.
Milli.Az