Futbolçunun zərbəsindən azarkeş huşunu itirdi

15 Dekabr 2022 11:48

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatında Mərakeş yığması ilə yarımfinal matçı öncəsi isinmə hərəkətlərində azarkeşi vurub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  bu barədə "Eurosport" saytı məlumat yayıb.

Fransız hücumçunun zərbələrindən biri azarkeşin başına dəyib.

İzləyici bir müddət huşunu itirib.

O digər azarkeşlərin köməyi ilə ayılıb.

Mbappe üzr istəmək üçün azarkeşə yaxınlaşıb.

Xatırladaq ki, oyun 2:0 hesabı ilə fransızların xeyirinə bitib.

Milli.Az