Qar görən əfqanlar küçəyə axışıb rəqs etdilər

15 Dekabr 2022 14:55

Əfqanıstanın Herat şəhərinə yağan qar yerli sakinlərin sevincinə səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, heratlılar küçələrə çıxaraq bu şəhər üçün nadir hallarda rast gəlinən təbiət hadisəsini rəqs edərək qeyd ediblər.  

Qeyd edək ki, Əfqanıstanın şimal-qərbində yerləşən Herat türkəsilli şair, filosof, Nizami Gəncəvinin davamçılarından biri olan Əlişir Nəvainin böyüyüb başa çatdığı şəhərdir.

Milli.Az