Maskın şəxsi təyyarəsini izləyən tviter hesabı deaktiv edildi

15 Dekabr 2022 08:23

Tviter, sahibi İlon Maskın şəxsi təyyarəsini izləyən bot hesabını dayandırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sözügedən tviter hesabının Maskın təyyarəsi ilə bağlı məlumatları ictimaiyyətə açıq mənbələrdən istifadə edərək paylaşdığı bildirilib.

Tvter həmçinin hesabın operatoru Cek Svininin profilini də deaktiv edib.

Təyyarəni izləyən bot hesabının operatoru Svininin 20 yaşlı universitet tələbəsi olduğu məlum olub.

Svin əvvəlki müsahibələrində bot hesabını bağlamaq üçün 2021-ci ildə Maskdan gələn 5000 dollarlıq təklifi rədd etdiyini söyləmişdi.

Milli.Az