"Qarabağ"ın futbolçusu Fransa - Mərakeş matçında - FOTO

15 Dekabr 2022 07:55

"Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir DÇ-2022-nin yarımfinalında hazırda oynanılan Fransa - Mərakeş matçını tribunadan izləyib.

Mərakeş əsilli fransalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, "Əl Bayt" stadionunda keçirilən görüşdə Mərakeşin formasında bu komandanı dəstəkləyib.

Milli.Az