Planet faciəsi: təyyarə Veneranın güdazına gedəcəkdi - VİDEO - FOTO

17 Aprel 2012 21:48
Bunun nəticəsi isə 16 yaralı olub.

Milli.Az "Gurier Mail"ə istinadən bildirir ki, "Air Canada" aviaşirkətinin yorğun, yuxusuz pilotu sükan arxasında yuxulayıb. Qəflətən gözünü açanda o, bir qədər yuxarıda işıldayan nöqtəni görüb.

Pilot bunu qarşı tərəfdən gələn təyyarə sayıb və sükanı özünə tərəf çəkərək təyyarəsini aşağı yönəldib.

Təyyarə sürətlə aşağı düşiməyə başlayıb və eniş zorlağına da zərblə oturub.

Təyyarədəki 14 sərnişin və 2 heyət üzvü yaralanıblar.

Hadisə Kanadanın Toronto şəhərində İsveçrənin Sürix şəhərinə uçan "Boeing 767" təyyarəsində baş verib.

İnsident zamanı təyyarədə 95 sərnişin vardı.

Mütəxəssislərin dediklərinə görə, hadisənin başlıca səbəbi pilotun yorğun olmasıdır.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.












Fotolar: Reuters