Boşanmaların sayı azalıb

14 Dekabr 2022 17:45

2022-ci ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51870 nikaha daxilolma və 13139 boşanma halları qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,2-yə qədər artmış, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşmüşdür.

Milli.Az