“Azərbaycanda atalıq məzuniyyətinə çıxan ilk insanam”

14 Dekabr 2022 19:16

Aparıcı Elgiz Əkbər açıqlaması ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, öz proqramında deyib ki, Azərbaycanda bir ilki edib:

"Ölkəmizdə ilk atalıq məzuniyyətinə çıxan mən olmuşam. 15 gün çalışmadım. Hamı şok oldu ki, atalıq məzuniyyəti nədir. O vaxt ilk dəfə mən götürmüşdüm, sonralar çox adam bu haqqından istifadə edib. Efirdə elan etdim ki, atalıq məzuniyyətinə gedirəm".

Milli.Az