Avropalı alimlər 2015 RN35 asteroidinin Yerə yaxınlaşacağını aşkar ediblər.
Milli.Az bildirir ki, bu barədə Avropa Kosmik Agentliyinin "Twitter" səhifəsində məlumat verilib.
2015 RN35 asteroidi həvəskar astronomların müşahidə etməsi üçün kifayət qədər böyükdür.
Diametri 140 metrə çatan göy cismi planetimizə 680 min kilometr məsafəsinə yaxınlaşacaq. Ona görə də asteroid bəşəriyyət üçün təhlükə yaratmır.
İrfan Vəliyev
Milli.Az