“Final DÇ-lərdə sonuncu oyunum olacaq”

14 Dekabr 2022 21:00

Messi DÇ ilə vidalaşır.

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarında sonuncu oyununa çıxacağını bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Qətərdə keçirilən mundialın finalının son matçı olacağını deyib:

"Buna nail ola bildiyim üçün çox şadam. Finalda son oyunumu keçirməklə dünya çempionatlarında çıxışlarımı tamamlayacağam".

Milli.Az