Əməkdar artistə ağır itki üz verdi - FOTO

14 Dekabr 2022 11:51

Əməkdar artist Ehtiram Hüseynovun ailəsinə ağır itki üz verib.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, ötən gün sənətçinin dayısı dünyasını dünyasını dəyişib. Bu haqda Ehtiram Hüseynov özü məlumat verib.

O, dayısının ona hər zaman dost kimi olduğunu vurğulayıb. 

Məlumat üçün bildirək ki, Ehtiram Hüseynovun özü dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Dağınıq skleroz - sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur.

Milli.Az