Sobanı artırmaq istəyirdi, üzü yandı - VİDEO

14 Dekabr 2022 18:18

İstanbulun Fatih rayonunda gənc oğlan üz nahiyəsindən yanıq xəsarətləri alıb.

Belə ki, çay evində sobadakı alovu artırmağa çalışan şəxs həlledici məhlulu alovun üzərinə töküb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nəticədə alovun həcmi anidən artaraq oğlanın üzünü yandırıb.

Hadisə çay evində quraşdırılan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Milli.Az