Messi finalda oynayarsa, bu rekordun tək sahibi olacaq

14 Dekabr 2022 08:21

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarında 25-ci matçına çıxıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, bununla da mundialların final mərhələsində ən çox oyun keçirən iki futbolçudan biri olub.

Digəri isə Lotar Matteusdur. Əgər Messi final görüşündə oynasa, bu rekordun tək sahibi olacaq.

Milli.Az