Yaranmış fasilənin aradan qaldırılması üçün işlər davam etdirilir - VİDEO

13 Dekabr 2022 13:49

Respublika ərazisində qarlı, qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonları ərazisində bəzi kəndlərə elektrik enerjisi verilişində fasilə yaranıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, problem yaranmış  ərazilərə  "Azərişıq" ASC-nin əməkdaşları cəlb edilib.

"Azərişıq" ASC-dən bildirilib ki, qəza xidmətinin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün bütün imkanlar səfərbər olunub.

"Azərişıq"dan o da qeyd edilib ki, kəskin hava şəraitinə baxmayaraq, 6500-ə yaxın abonentin elektrik enerjisi ilə təminatında yaranmış fasilənin aradan qaldırılması üçün işlər davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az