Bosfor boğazında axının əksinə üzən idmançı - FOTO

13 Dekabr 2022 16:54

Türkiyəli idmançı Ramazan Türkanoğlu Qara dəniz və Mərmərə dənizini bir-biri ilə əlaqələndirən Bosfor boğazında üzərək mətbuatın diqqət mərkəzinə düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, soyuq suda axının əksinə üzən Ramazan Türkanoğlu səhhətindən şikayət etmədiyini, əksinə, bu hərəkətin sağlamlığına müsbət təsir etdiyini bildirib.

"Özümü gümrah hiss edirəm, soyuqdəymə, qrip kimi xəstəliklərdən uzağam", - Ramazan Türkanoğlu qeyd edib.

Milli.Az