Abşeronda 1 yaşlı körpə ikinci mərtəbədən yıxılıb

13 Dekabr 2022 08:39

Abşeron rayonunda 1 yaşlı körpə ikinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb. 2021-ci il təvəllüdlü S.Osmanov yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və alın sümüyünün sınığı diaqnozu qoyulub.

Milli.Az