Lula da Silvaya prezident vəsiqəsi təqdim edilib

13 Dekabr 2022 08:54

Braziliyanın Ali Seçki Məhkəməsi ölkənin yeni seçilmiş Prezidenti Lula da Silvaya gələcək dövlət başçısı kimi səlahiyyətlərini təsdiq edən prezident vəsiqəsini təqdim edib.

Milli.Az "Report"a istinadən bildirir ki, prezident vəsiqəsinin təqdim edilməsi mərasimi Braziliyanın Ali Seçki Məhkəməsinin "TV Justica" telekanalının efirində yayımlanıb.

Lula da Silvanın andiçmə mərasimi isə 2023-cü il yanvarın 1-də Braziliya parlamentində keçiriləcək.

Milli.Az