Ukraynalı diversantlar körpünü partlatdı

13 Dekabr 2022 08:50

Rusiyanın nəzarətində olan Melitopol şəhərində baş verən partlayış nəticəsində körpü zərər görüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

"Konstantinovka kəndində körpü zərər görüb. İlkin ehtimala görə, körpünün dirəklərinə partlayıcı qurğu yerləşdirilib", - deyə bildirilib.

Məlumata görə, partlayışın arxasında Ukrayna diversantları dayanır.

Milli.Az