İstanbulda metronun hərəkəti dayandı

13 Dekabr 2022 08:43

Türkiyənin İstanbul şəhərində metrostansiyanın fəaliyyəti müvəqqəti dayanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb nəqliyyat vasitəsində yaranan texniki nasazlıq olub.

Qeyd edək ki, qısa vaxtdan sonra M3 Kirazlı-Başakşehir/Metrokent və M9 Bahariye-Olimpiya metro xətləri üzrə metronun fəaliyyəti bərpa olunub.

Milli.Az