Fernandu Santuş və komandasını gözləyən KOMPENSASİYA

13 Dekabr 2022 08:33

Portuqaliya Futbol Federasiyası və yığmanın məşqçilər korpusu arasında görüş keçiriləcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, tədbirdə millinin DÇ-2022-dəki çıxışı müzakirə olunacaq.

Baş məşqçi Fernandu Santuş və komandasının vəzifəsində qalıb-qalmayacağı da bu görüşdə dəqiqləşəcək. Əgər çalışdırıcılar istefaya göndərilsə, onlara 3,75 milyon avro kompensasiya ödəniləcək.

Qeyd edək ki, Portuqaliya mundialın 1/4 finalında Mərakeşə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Milli.Az