Məşhur kosmonavt vəfat etdi

13 Dekabr 2022 07:45

Polşanın ilk və yeganə kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı Miroslav Qermaşevski 82 yaşında vəfat edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə tviterdə onun kürəkəni, Avropa Parlamentinin polşalı üzvü Rişard Çarneçki məlumat verib.

"Ailə adından mən general Miroslav Qermaşevskinin - ilk kosmonavt, əla pilot, yaxşı ər və ata, sevimli babanın ölümü ilə bağlı kədərli məlumatı təsdiqləyirəm", - o yazıb.

Qermaşevskinin Varşava xəstəxanasında dünyasını dəyişdiyi bildirilir.

Milli.Az